EN

“Araz-Naxçıvan”ın növbəti transferi

“Araz-Naxçıvan” komandası növbəti transferini reallaşdırıb.

Bu barədə News365.az-a klubdan bildirilib.

Verilən məlumata görə, Naxçıvan təmsilçisi Tərlan Əhmədli ilə müqavilə imzalayıb. 1 illik sözləşməyə imza atan 29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər bu komandada çıxış edəcək.

Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən gün Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.


Chosen
176
16
news365.az

10Sources