EN

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Mərkəzi Bank vacib QƏRAR VERDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib.


Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.  


Dəyişikliklər tam olaraq nədən ibarətdir? Dəyişikliklərin hansı müsbət və mənfi tərəfləri olacaq?


Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az" target="_blank">Referans.az-a açıqlamasında edilən dəyişikliyin mahiyyətini şərh edib.




“Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi müsbət haldır  və kredit risklərinin minimumlaşdırılmasına xidmət edəcək. Digər tərəfdən, Mərkəzi Bankın ekspert icması tərəfindən aparılan müzakirələrə çevik reaksiyası da təqdirəlayiqdir. Yeni qaydaların əsas tələblərindən biri bank müştərilərinə istehlak kreditlərinin təqdimi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Nəzərə alsaq, sığorta müqaviləsinin olmaması səbəbindən borclanan dünyasını dəyişən zaman krediti onun vərəsəsi, yəni ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdılar. Bu isə əksər hallarda ailə üzvləri üçün əlavə maliyyə yükü formalaşdırırdı ki, bu da sosial baxımdan arzu olunan deyildi”.


Deputat bildirib ki, yeni qaydalar həmçinin əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq. Belə ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub.


“Borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması isə şəffaflığın gücləndirilməsinə xidmət edəcək. Ən mühim məqamlardan biri də risklərin azaldılması nəticəsində kredit faizlərinin aşağı düşməsinin mümkünlüyüdür. Belə ki, risklərin sığortalanması istehlak kreditləri üzrə faizlərin azalmasına səbəb ola bilər”.

 

Fidan Vəlisoy 

Chosen
88
10
referans.az

6Sources