EN

Zelenski ilə bağlı mövqeyimiz dəyişməyib - ABŞ

ABŞ Vladimir Zelenskinin statusu ilə bağlı mövqeyini dəyişməyib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən RİA Novosti-yə verilən cavabda bildirilib.

“Biz Dövlət Departamentinin sözçüsü Metyu Millerin 25 mart tarixli şərhlərinə istinad edirik”, - Departament vurğulayıb.

Qeyd edək ki, Miller martın 25-də Zelenskinin prezident səlahiyyətlərinin başa çatmasını şərh edərkən, ABŞ-ın Ukraynada münaqişə və bu şəraitdə seçkilərin keçirilməsini çətin hesab etdiyini bildirib.

Chosen
157
3
axar.az

10Sources