EN

Əhmədin qətlə yetirdiyi ailə üzvlərinin məzarları – GÖRÜNTÜLƏR YAYILDI

Fevralın 13-də paytaxtın Xətai rayonunda ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlunun 31 mayda xüsusi tibb müəssisəsinə yerləşdirildiyi barədə artıq məlumat verilib.

Xatırladaq ki, ikisi uşaq olmaqla beş nəfər ailə üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovun dəhşətli cinayəti anlaqsız vəziyyətdə törətdiyi barədə rəy açıqlanıb.

25 yaşlı Ə.Əhmədov barəsində Xətai Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Xətai Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında belə qərar qəbul edib.

Musavat.com Əhməd Əhmədovun Hövsandakı qəbiristanlıqda dəfn edilən ailə üzvlərinin məzarlarının görüntülərini təqdim edir.

Azyaşlılar analarının yanında dəfn edilib, bütün ailə üzvlərinin məzarları götürülüb, qəbirlər üzərində şeir parçaları yazılıb.

Allah rəhmət eləsin!

Məlum olduğu kimi, Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Ə.Əhmədov ekspert rəyləri ilə cəmiyyət üçün təhlükəli olduğu üçün təhlükəsizlik tədbirlərinin görülməsi qaçılmaz olub. O, saxlanıldığı istintaq təcridxanasından birbaşa xüsusi tibb müəssisəsinə etap edilib.

Təkrar ekspertiza rəyinə əsasən, Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi təsdiqini tapıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Qanuni qüvvəyə minmiş məhkəmə hökmünə qədər Ə.Əhmədov haqda xüsusi tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbiri qüvvədə qalacaq. Həmin vaxtdan sonra Əhmədovun gələcək taleyinə aydınlıq gətiriləcək.(Yenisabah.az)

 

Chosen
164
4
medianews.az

10Sources