EN

"Qarabağ"dan "qızıl dubl"

Image

Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçirilib. Həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə qarşılaşıb. Oyun Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası "qızıl dubl" edib. 

"Qarabağ" Azərbaycan kubokunun ən titullu klubudur. Ağdam təmsilçisi ölkə kubokuna ümumilikdə 8 dəfə sahib çıxıb. Qeyd edək ki, final görüşündən əvvəl - saat 19:00-da konsert proqramı olub. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edib.

Mətləb






Chosen
162
2
baki-xeber.com

10Sources