Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
İqtisadiyyat.az xəbər verir ki, yığma Fransa kollektivi ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Azərbaycan millisi ilk matçında Belçikaya (3:0), ikinci matçında isə İtaliyaya (2:1) hesabı ilə qalib gəlib.