Alimlər müəyyən ediblər ki, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə sürəti hər 10 ildən bir 0,26 dərəcə artaraq rekord həddə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Lids Universiteti tərəfindən bu il ikinci dəfə hazırlanmış və 50-dən çox beynəlxalq alimin töhfə verdiyi Qlobal İqlim Dəyişikliyi Göstəriciləri (IGCC) hesabatında deyilir.
Hesabata görə, qlobal temperatur artımı 2013-2022-ci illərdə 1,14 dərəcəyə çatdıqdan sonra 2014-2023-cü illərdə 1,19 dərəcəyə yüksəlib.
Alimlər müəyyən ediblər ki, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə sürəti ən yüksək həddə çatıb və görünməmiş sürətlə artmaqdadır.
Bu rekord istiləşmə sürətinin əsas səbəbi, ildə 53 milyard ton karbon dioksidə ekvivalent olan istixana qazı emissiyalarının daim yüksək olaraq qalması, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün dünyanın qalan karbon büdcəsinin 200 milyard ton olmasıdır.
Â
Gözəl Həşimova