"İyunun 12-dən etibarən tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi həyata keçiriləcək".
Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, burada ilk olaraq prioritet bölmələr seçim edəcək, 11 minə yaxın uşaq bu prosesdə iştirak edəcək:
"109 minə yaxın məktəb yaşlı uşağın birinci sinfə qəbul prosesində məktəbi və müəllimi artıq müəyyənləşdirilib".
Mərcanə Əsədova