EN

İdmanAzərbaycan yığması Albaniyaya məğlub olub - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Albaniya millisi ilə üz-üzə gəlib.

Macarıstanın Sombatxey şəhərində baş tutan matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.

“Haladas SportKomplexum”dakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Nedim Bayrami açıb. 81-ci dəqiqədə Rey Manay fərqi artırıb. 7 dəqiqə sonra Qyazim Lyaçi yığmamızı üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Millimizin yeganə qoluna isə 90-cı dəqiqədə Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq

***21:01

Beynəlxalq yoldaşlıq görüşündə Azərbaycan və Albaniya yığmalarının oyunu başlayıb.

Oyun Macarıstandakı “Haladas SportKomplexum”da keçirilir.

***20:04

Bu gün beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan və Albaniya yığmalarının start heyətləri açıqlanıb.

Milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.

Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Ramadani, Bayrami, Asani, Broxa, Seferi

Qeyd edək ki, Macarıstandakı “Haladas SportKomplexum”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

BAKU.WS

Chosen
95
2
far.az

10Sources