Əməkdar artist Ruhəngiz Musəvi "Baladadaşın ilk məhəbbəti" filmində çimərlik geyimində çəkilməsindən danışanlara əsəbiləşib.
Axşam.az xəbər verir ki, "Xoş qəldim" verilişində qonaq olan müğənni verilişdə onun geyimini müzakirə edənlərə səslənib:
"1972-ci ildə sənətə gəlmişəm. 1973-cü ildə kinoya çəkilmişəm. Əcəb eləmişəm. O, incəsənətdir, bizim tariximizdir. Xahiş edirəm, heç kim o kinoya nəsə deməsin, bu haqda danışmasın".