EN

"Araz Naxçıvan" daha bir futbolçu ilə müqavilə imzaladı

“Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin qışında Naxçıvan təmsilçisinə keçən Ramin Nəsirli ilə müqavilə müddəti uzadılıb.

U-21 millimizin də heyətinə cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlanıb.

Chosen
103
8
90deqiqe.az

10Sources