EN

Gülnarə Xəlilovanın "Kolaj " kolleksiyası Qazaxıstanda təqdim olundu - FOTO

Gülnarə Xəlilovanın "Kolaj " kolleksiyası Qazaxıstanda Tengri Moda Həftəsində uğurla təqdim olunub.

Dizayner Gülnarə Xəlilovanın "Kolaj" kolleksiyası Qazaxıstanın Aktau şəhərində Tengrii Fashion Week Kazakhstan çərçivəsində uğurla təqdim olunur.

Axşam libasları və klassik geyimlərin defilesi tamaşaçılara, o cümlədən dövlət və ictimai xadimlər, elm və yaradıcı ziyalılar, moda trendinin unikal yeni yanaşma nümayiş etdirib. "Kolaj" kolleksiyası böyük maraqla qarşılandı və alqışlarla başa çatdı.

Tengri Moda Həftəsi Kazakhstan ənənəvi olaraq Qazaxıstanda Yerlan Yerubayevin PR agentliyi tərəfindən təşkil olunur. Əsas məqsəd türk dünyası dizaynerlərinin əsərlərini nümayiş etdirmək, ümumi mədəni dəyərlər əsasında birləşmək, türkdilli ölkələr arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirməkdir. Kolleksiyalarını Qazaxıstan, Türkmənistan və Özbəkistandan olan dizaynerlər də təqdim etdilər.

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Chosen
196
7
milli.az

8Sources