Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, B qrupunun oyununda ilk yarıdan sonra hesab açılmayıb.
Qeyd edək ki, qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.
***
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü start götürüb.
"Report" xəbər verir ki, B qrupunun oyunu Leyptsiqdəki "Red Bull Arena"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.
"Cebhe.info"