EN

Bu müğənnilərə Heydər Əliyev Sarayında konsert keçirməyə icazə verilmədi

Müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.

KONKRET.az Axsam.az-a istinadən xəbər verir ki, bunu aparıcı-prodüser Tarix Əliyev “Xəbərin var?” verilişində deyib. O bildirib ki, ifa etdikləri mahnılara görə, onların sarayın səhnəsinə çıxmasına qadağa qoyulub. Tolik Vəfa Şərifovanın sözügedən məkanda konsert vermək istədiyini, ancaq “yox” cavabı aldığını söyləyib:

“Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Sarayın direktoru İlham Qasımov danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Mən dedim ki, bilmirəm. Dedi ki, onda gərək, bütün repertuar dəyişilsin, bura uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu, janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək, müəyyən mərhələlərdən keçsinlər, Yaşıl Teatrda konsert versinlər. Bildiyim qədəri ilə Damla və Şəbnəm orada səhnə alıb.

Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər, repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. “Maşın şou”dan sonra Talıb Tale orada səhnə alıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 dənə öz mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib”.

Chosen
228
32
konkret.az

10Sources