EN

Cüdoçumuz erməni üzərində qələbə ilə 1/4 finalda

Bakı. Trend:

Yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilənyarışın ikinci günündə Azərbaycan millisinin 5 idmançısı tatamiyəçıxıb.

Oğlanlar
66 kq

Səlim Sultanov Samuel Brisuda (Slovakiya) üzərində qələbə qazansada, Yaroslav Bunakova (AİN) məğlub olub.

73 kq
Cəsur İbadlı yarışa ikinci mərhələdən başlayıb. Burak Senquru(Türkiyə) mübarizədən kənarlaşdıran cüdoçumuz Tiqran Saruxanyanı(Ermənistan) da məğlub edərək 1/4 finala adlayıb.

Qızlar
52 kq

Vüsalə Hacıyeva Keyt Krisholma (Böyük Britaniya) məğlub olub.

Aysun Məmmədova Yanka Yutner (Macarıstan) səddini keçəbilməyib.

57 kq
Aytən Verdiyeva Amili Sçerbova (Çexiya) ilə görüşdə qalib gəlsə də,Hili Zakroiskiyə (İsrail) məğlub olub.

Qeyd edək ki, yığmamız yarışın ilk günündə iki medal qazanıb.Bahadır Feyzullayev (50 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq)bürünc əldə edib.

Məqalədə:
Chosen
47
6
az.trend.az

7Sources