Dövlət Gömrük Komitəsi (DGK) Naxçıvan Avtomobil Zavodu barəsində inzibati iş başlayıb.
Valyuta.az xəbər verir ki, zavoda qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
İyulun 5-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Gülsüm Əliyevanın sədrliyi ilə keçiriləcək.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn