Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.
"Far.Az"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, yığma təsəlliverici qarşılaşmada İtaliya seçməsi ilə üz-üzə gəlib.
Millimiz rəqibini 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
12:32
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb.
"Far.Az"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.