Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanıb.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, üzgüçümüz Məryəm Şeyxəlizadəxangah 4 illiyin ən mötəbər turnirində iştirak etmək hüququ əldə edib.
Bununla da Fransa paytaxtında keçiriləcək olimpiadada ölkəmizin lisenziyalarının sayı 49-a yüksəlib.