EN

Ağ saçdan qurtulmaq istəyənlərin diqqətinə: pomidor...

Çürük pomidorları gözəllik prosedurlarında istifadə etmək yəqin ki, heç birimizin ağlına gəlməz. Ancaq ağ saçları təbii şəkildə tündləşdirməyin yollarından biri də çürük pomidorlardan hazırlanan boyadan istifadə etməkdir.

Bəs çürük pomidordan saç boyası necə hazırlanır?

Turkustan.az Medicina.az-a istinadən xəbər verir ki, ağ saçlar yaş və ya genetikadan asılı olaraq bir çox insanın üzləşdiyi problemdir. Saçları ağaranlar adətən onları boyamağa üstünlük versələr də, bu vəziyyətdən xilas olmaq üçün təbii üsullara müraciət edənlərin də sayı az deyil.

Bunun üçün çürük pomidorların qabıqlarını soyun və ən yararsız hissələrini kəsib atın. Sonra üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edərək blenderdən keçirin. Sonrakı mərhələdə qarışıma 1 çay qaşığı düyü unu əlavə edib püre halına gətirin.

Bu qarışımı yağlı və çirkli saçlara çəkin. Ən azı 30 dəqiqə saxlayın. Bu müddət bitdikdən sonra saçınızı yaxşıca yuyun.

Bu prosesi həftədə bir dəfə tətbiq etsəniz, zamanla saçların ağarmasına səbəb olan follikulların sayının azaldığını görəcəksiniz. Bu proses sayəsində piqmentin yenilənməsi nəticəsində saç kökləri güclənəcək və ağ saçlarınızın rəngi tündləşəcək.

Çürük pomidor ağ saçların qaralmasında təsirli ola bilər. Ancaq həssas dəriyə sahib olanlar bunu sınamazdan əvvəl mütləq bir mütəxəssislə məsləhətləşməlidirlər.

Chosen
79
8
turkustan.az

9Sources