"Onkoloq ştatlarımız boşdur. Bu sahə üzrə cəmi 31% onkoloq həkim öz işini davam etdirir. Bu da 10 milyon əhali üçün heç də ürəkaçan deyil. Rayonlarda onkoloji fəaliyyət göstərən mərkəzlər yox vəziyyətindədir. Hətta bir neçəsi ləğv olunub. Bu da xəstələrin Bakıya və digər xarici ölkələrə üz tutmasına gətirib çıxarır. Bu ştat üzrə 40% boş yer var", - Qasımov oktyabrın 27-də İkinci beynəlxalq Bakı süd vəzi xərçəngi konqresində bildirib.
Aytac Zeynalova
www.anews.az