AZ

Azərbaycanda onkoloq ştatı üzrə 40% boş yer var - Nəsimi Qasımov

Azərbaycanda onkoloq ixtisası üzrə tələb olunan vakansiyanın 31% təmin olunub, 40% isə boş ştat var. Bunu Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının sabiq Baş həkimi Nəsimi Qasımov deyib.

"Onkoloq ştatlarımız boşdur. Bu sahə üzrə cəmi 31% onkoloq həkim öz işini davam etdirir.  Bu da 10 milyon əhali üçün heç də ürəkaçan deyil. Rayonlarda  onkoloji fəaliyyət göstərən mərkəzlər yox vəziyyətindədir. Hətta bir neçəsi ləğv olunub. Bu da xəstələrin Bakıya və digər xarici ölkələrə üz tutmasına gətirib çıxarır. Bu ştat üzrə 40% boş yer var", - Qasımov  oktyabrın 27-də İkinci beynəlxalq Bakı süd vəzi xərçəngi konqresində bildirib. 
 
Aytac Zeynalova 

www.anews.az
Seçilən
272
1
anews.az

2Mənbələr