EN

Merihin Bozqurd işarəsi erməniləri təşvişə saldı

Türkiyə killi komandasının futbolçusu Merih Dəmiralın Avro-2024-də, Avstriya ilə 1/8 final matçında (2:1) vurduğu qola Bozqurd işarəsi ilə sevinməsi qalmaqala çevrilib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, UEFA müdafiəçinin qol sevinci ilə bağlı iş açması bəzi qüvvələri sevindirib. Onlar arasında ABŞ-da məskunlaşan erməni diasporu da var.

Amerika Erməni Milli Komitəsi (ANCA) Bozqurd işarəsinin zorakılıq simvolu olduğunu iddia edib və Merihin bütün beynəlxalq matçlardan ömürlük kənarlaşdırılmasını tələb edib.

Erməni diasporu ANCA-nın rəsmi X hesabında edilən paylaşımda “Türkiyəli müdafiəçi Mərih Dəmiral Avropa Çempionatında Avstriyaya vurduğu qolu faşist Bozqurd salamı ilə qeyd edir. Bu, xristianlara və kürdlərə qarşı zəhərli nifrət və soyqırım zorakılığının irqçi jestidir. Demirala qırmızı vərəqə və bütün beynəlxalq oyunlarda ömürlük cəza verilməlidir”, - deyə iddia edilir.

Chosen
81
3
axar.az

2Sources