EN

Əhmədin hüquqi varisi təyin edildi

Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hüquqi varisi təyin olunub. Amma bu, hələlik sirr kimi saxlanılır, prosesin sonunda açıqlanacaq. Bunu Əhməd Əhmədovun vəkili Sənan Hüseynov deyib.

O bildirib ki, növbəti məhkəmə prosesində zərərçəkmişin ifadəsi açıqlanacaq bə hüquqi varislərinin dindirilməsi olacaq:

“Hüquqi varisin kim olacağı hələ sirr kimi qalır. Məhkəmənin sonunda bu barədə məlumat verəcəm. Ə.Əhmədov proses çərçivəsində özünü təqsirli bildi. İctimaiyyətdə ailənin mülk məsələsi ilə bağlə fikir formalaşıb. Artıq dərəcədə xahiş edirik ki mülk söhbətləri yazılmasın, ailə üzvlərinin özü də bu məsələdən dolayı çox əziyyət çəkir”.

Chosen
110
31
tribunainfo.az

10Sources