EN

Ermənistan Konstitusiyası Azərbaycanla sülhə niyə maneədir?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “xalq tərəfindən hazırlanacaq” yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.

O bu sözləri bu gün Ermənistanın Konstitusiya Günü ilə bağlı müraciətində deyib.

Nikol Paşinyan ilk dəfə deyil ki, yeni Konstitusiyaya ehtiyac olduğunu dilə gətirir. O bunu hazırkı konstitusiyanın erməni xalqının öz arasında və qonşuları ilə yaşamaq qaydaları haqqında anlayışı əks etdirməməsi ilə əlaqələndirir.

Hazırkı Ermənistan konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında bunu açıq və qəti söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var.

Eyni zamanda Ermənistanda da Azərbaycan Konstitusiyasını erməni ərazilərinə iddia mənbəyi kimi görürürlər.

Jurnalist Könül Şahin BBC Azərbaycanca üçün həm Azərbaycanda, həm Ermənistanda şərhçilərlə danışıb, onların bu iddialara münasibətini öyrənib.

Ermənistan konstitusiyasında Qarabağ müddəasıNikol

Şəklin mənbəyi, AFP

Chosen
240
50
bbc.com

10Sources