Azərbaycan Prezidenti İlham Əliyev Avro-2024-ün 1/4 final mərhələsində bu gün Niderlandla qarşılaşacaq Türkiyə millisinə uğurlar arzu edib.Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.Paylaşımda deyilir:"Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderlandla oyunda qələbə arzu edirəm!Yaşasın Türk dünyası!"