EN

İdmanAVRO-2024: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşib.

Əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında İngiltərə millisi üstün olub - 5:3.

Oyunun əsas vaxtında İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qeyd edək ki, İngiltərə yığması yarımfinalda Niderland - Türkiyə matçının qalibi ilə görüşəcək.

***22:46

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında hesab bərabərləşib.

İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

***21:34

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında hesab açılıb.

İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

***20:00

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçına start verilib.

Qarşılşama Düsseldorf şəhərindəki "Esprit Arena"da keçirilir.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

Far.Az

Chosen
83
9
far.az

10Sources