EN

“Sumqayıt” braziliyalı futbolçu ilə anlaşdı

Yeni sezon üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb. 

Bizim.Media xəbər verir ki, klub son mövsümü Albaniyanın “Eqnatiya” klubunda çempionluq yaşamış Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı braziliyalı yarımmüdafiəçi 11 nömrəli formada çıxış edəcək.

Braziliyanın "Santos" klubunun yetirməsi olan Fernando Medeiros karyerası ərzində "Botafoqo", "Vila Nova", "Bahia", "Portimonense" kimi komandaların şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
78
28
bizim.media

10Sources