EN

Çanaqqala – tarixdə Zəfər zirvəsi

Qurtuluş savaşının dastana çevrilən şanlı səhifəsi 
Çanaqqala türk əsgərinin özünün şərəfi və ləyaqəti, əqidəsi sandığı Vətəni qoruma gücündə olduğunu, eyni zamanda, millətin yenilməz ruhunu göstərən bir savaş meydanıdır. Məhz türk əsgərinin şücaəti sayəsində “Çanaqqala dəniz döyüşü” Antanta üçün hərbi səriştəsizlik və fəlakət simvolu kimi tarixə yazıldı. Bu zəfər sonradan bütün Türk dünyasının qürur mənbəyinə çevrildi. Həmin qələbənin qazanılmasında Azərbaycanın da payı var. Qafqazdan qardaş Türkiyəyə köməyə gedən müsəlmanların arasında 3 minə yaxın azərbaycanlı əsgər və zabit vardı. 
259 gün (1915-ci il aprelin 25-dən 1916-cı il yanvarın 9-dək) davam edən, böyük insan itkisi ilə (türklər – 250869, ingilislər – 216014 və fransızlar – 47745) ilə nəticələnən Çanaqqala döyüşü həm də yurd sevgisinin, mənəvi gücün hər­bi-texniki üstünlüklər üzərində qalibiyyət rəmzidir. 
Bir çox maraqlı fakt və hadisələri ilə dünya hərb tarixinə düşən Çanaqqala döyüşünün bəzi özəlliklərini oxucuların nəzərinə çatdıtraq:
– Bu savaşda hər kvadratmetrə orta hesabla 6000 güllə atılıb. Bu, dünya mü­haribələri tarixində ən yüksək göstərici hesab olunur; 
– iki güllənin havada toqquşma ehti­malı 600 milyonda bir olsa da, o döyüşdə bir neçə güllənin havada bir-birinə yapış­ması faktı qeydə alınıb; 
– türk topçuları cəmi 6 saat ərzində İngiltərə–Fransa donamasının 5 hərbi gəmisini batırıblar; 
– Çanaqqala savaşında türk əsgəri ilə çiyin-çiyinə qadın piyadalar və snay­perlər də döyüşüblər. 
Çanaqqala dаstаnının qəhrəmаn­lıq qollarından biri də topçu Seyid on­başının adı ilə bağlıdır. Düşmən gəmisi sahilə yаxınlаşırdı və əgər bоğаzа gir­səydi, Аnаdоlunun tаlеyi həll оlunаcаq, müttəfiqlər İstanbulu işğаl еdəcəkdilər. Yаnındаkı tоpçulаrın hаmısı şəhid оlаn­dan sonra tək qаlаn Sеyid çаvuş 256 kilоqrаmlıq sonuncu tоp mərmisi ilə üz-üzə dayanmışdı. O, Tanrının verdiyi güclə mərmini çətinliklə olsa da götürüb, tоpа qоyur və gəmiyə аtəş аçır. Mərmi gəminin gövdəsini dаğıdır və оnu bаtırır. Sеyid çаvuşun bu şücaəti düşmənin gеri çəkilməsinə səbəb оlur. Beləliklə, bir tоp­çu bir mərmi ilə Çanaqqala döyüşündə dönüş yaradır.
Döyüş meydanını təyyarədən izləyən britaniyalı pilot sahildən 50 metr aralıda dənizin al-qırmızı rəngə boyandığını gö­rür və bunu həyatının ən qorxulu hadisəsi adlandırır. 
Çanaqqalada türk əsgərinin göstərdi­yi əzm və şücaət düşmən generallarını, siyasi xadimlərini belə heyrətə gətirmiş­di. İngiltərənin Baş naziri Uinston Çörçill “Türklər Çanaqqalada ən müasir texnika ilə silahlanmış müttəfiq güclərin qarşı­sında qala kimi dayanmışdılar”, ingilis generalı Oqlander isə “Türk əsgərinin döyüşkənliyinin nəzərə alınmaması ingi­lislər üçün fəlakət oldu” – demişdilər.
Türkiyəni Cümhuriyyətə aparan yolda həlledici nöqtə sayılan Çanaqqala döyü­şü zamanı Mustafa Kamal gənc polkov­nik-leytenant olsa da, artıq sərkərdəlik bacarığını, hərbi dühasını isbat etmişdi. O, 1915-ci il aprelin 25-də 57-ci piya­da alayını ilk döyüşə aparmışdı. Avqust ayındakı döyüşlərdə isə Qazi Musta­fa Kamal Atatürkün hərbi istedadından hamı xəbər tutdu. Çanaqqala döyüşləri məhz onun iştirakına görə Qurtuluş sa­vaşının hazırlıq mərhələsi hesab olunur. 
Hər il martın 18-i bir millətin hürriyyət, Vətən və torpaq uğrunda gücünü ortaya çıxaran və onun nəyə qadir olduğunu göstərən, bu şərəfli döyüşdə canlarını fəda etmiş igid oğul və qızlarını – Ça­naqqala Şəhidlərini Anma Günü kimi qeyd olunur. Çanaqqala döyüşü məh­volma vəziyyəti ilə üzləşmiş bir ölkənin möhtəşəm Qələbəsi kimi hər bir türkün mübarizliyinin rəmzi kimi əbədiləşib.
Türk əsgəri Vətən uğrunda savaşma­ğın nümunəsini ortaya qoydu, dünyaya bir hərbi dərs keçdi və qalib gəldi. Çanaqqala döyüşü və zəfəri olmasaydı, Birinci dün­ya müharibəsinin nəticələri, elə dünyanın özü də tamam başqa cür olardı. 
Yüz il əvvəl olduğu kimi, bu gün də tarixin şanlı səhifələrini hilallı-ayparalı bayraqları yanaşı dalğalanan Türkiyə və Azərbaycan bir yerdə yazır. 
İ.HƏSƏNQALAXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
138
xalqqazeti.az

1Sources