Yens Stoltenberqin yerinə NATO-nun baş katibi vəzifəsində işləmək maraqlı olardı.
"Ölkə.az" xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte deyib.
"Belə bir rol maraqlı olardı, çünki dramatik qlobal dəyişikliklər dövründə beynəlxalq səhnədə bir neçə il töhfə vermək imkanı olacaq. Ancaq siyasi dəstəyi nəzərə alsaq, bu vəzifənin avropalı bir qadına veriləcəyinə dair çox böyük bir ehtimal var, bu da çox yaxşı olardı”, - nazir bildirib.
Rutte qeyd edib ki, o, NATO-nun baş katibi postuna namizəd hesab edilib-edilmədiyini bilmir və şəxsi kampaniyaya başlamaq fikri yoxdur.