EN

AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

 

Senzor.az bildirir ki, Münhendəki "Alyans Arena"da İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.

 

İspanlar 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.

 

Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda sabah Niderland və İngiltərə yığmaları qarşılaşacaqlar.

Chosen
96
24
senzor.az

10Sources