EN

Qayınata qızının ərini güllələdi: 5 ay imiş ki, ... - TƏFƏRRÜAT + FOTO

İstanbulun Esenler rayonunda həyat yoldaşı ilə boşanma ərəfəsində olan Salih Macat (38 yaş) ötən gün axşam saat 8 radələrində qaynatası tərəfindən qətlə yetirilib.

Titul.az xəbər verir ki, qanlı olayla bağlı qan donduran detallar ortaya çıxıb.

Məlum olub ki, qətli törədən şəxsin qızı 5 ay öncə ata evinə qayıdıbmış. Dünən qaytanatasının yaşadığı məhləyə gedən Macat, həyat yoldaşının qaldığı binaya daş ataraq təhqirə yol verib. Bir müddət sonra ərazidən uzaqlaşıb. Sonra yenidən həmin binanın qarşısına gələn Salihi görən həyat yoldaşı atası Orhan Doğana deyib.

Qaynata yeznəsi ilə küçədə mübahisə etməyə başlayıb. Mübahsiə zaman Orhan Doğan üzərindəki odlu silahla Macata 3 dəfə atəş açıb. Güllənin biri yeznənin başına tuş gəlib. Hadisə yerinə təcili yardım briqadası çağırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qaynata polislər tərəfindən saxlanılıb. Cinayət işi açılıb.

Chosen
219
kanal.az

1Sources