EN

Almaniya Gürcüstanla münasibətlərə yenidən BAXACAQ

Almaniya Gürcüstanla münasibətlərə yenidən baxmaq qərarına gəlib.

interpress.az xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib.

“Biz Gürcüstanla münasibətlərimizə də baxırıq… ABŞ ilə birlikdə biz Gürcüstan üçün ən böyük inkişaf əməkdaşlığı donorlarından biriyik.

Hazırda Gürcüstan üçün yeni öhdəliklər götürməmək qərarına gəldik. Buna görə də Almaniya hazırda Gürcüstan üçün yeni maliyyə öhdəlikləri qəbul etmir”, –  o deyib.

Fişer qeyd edib ki, Berlin də ABŞ kimi Noble Partner hərbi təlimlərində iştirakını ləğv edib.

Gürcüstanın Aİ-yə üzvlüyünün dayandırılmasını şərh edən diplomatik nümayəndə əlavə edib ki, Gürcüstan hökumətinin kursu belə “çətin məqama” gətirib çıxarıb. Onun sözlərinə görə, üzvlük prosesinin sürəti və keyfiyyəti namizəd ölkənin öz əlindədir.

Xatırladaq ki, iyulun 5-də Pentaqon ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə hərbi təlimləri müvəqqəti dayandırdığını elan edib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
39
1
interpress.az

2Sources