EN

Ölkəyə 30 kiloqramdan çox narkotik vasitə gətirən kuryerlər saxlanılıblar - FOTO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 4 nəfər saxlanılıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 
Bildirilib ki, tədbirlərlə əvvəllər də narkoriklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Fuad Əzizov, Emin Mustafayev, Fuad Yusubov və Samir Abbasov tutulublar.
 
Saxlanılanların üzərindən, ev və avtomobillərindən 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər, bank kartları aşkarlanıb.
 
Araşdırmalarla müəyyən edilib ki, F.Əzizov, E.Mustafayev, F.Yusubov və S.Abbasov şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini təşkil ediblər. Onlar narkotikləri maddi qazanc əldə etmək məqsədilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Sonuncu əməliyyatlar zamanı saxlanılanlar paytaxt ərazisində narkotiklərin paylanılmasını təşkil edən əsas kuryerlər olublar.
 
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Chosen
32
20
baku.ws

10Sources