EN

Basketbol millimiz növbəti qələbəsini əldə edib

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib. Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda Malta ilə qarşılaşıb.

Millimiz bu görüşdə 56:50 hesabı ilə qələbə qazanıb. Komanda bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə məğlub olub. Yığma ikinci görüşdə Moldovanı 78:55 hesabı ilə üstələyib.

Qeyd edək ki, oğlanların turnirinə Albaniya ev sahibliyi edir.

Chosen
55
3
cbcsport.az

5Sources