UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.
Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
22:51
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da Bakı klubu hesabda önə çıxıb.
88-ci dəqiqədə David Volkov adını tabloya yazdırıb.
22:09
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında ikinci hissə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşan oyunda hesab açılmayıb.
Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.
21:50
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında ilk yarı yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşan oyunda hesab açılmayıb.
Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.
21:00
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçı start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Tiraspol şəhərindəki "Şerif Arena"da keçirilir.
Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.