EN

Rəşad Sadıqov:  "Bir həftə sonra Bakıda bizi çətin görüş gözləyir"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin Moldovanın "Şerif" kollektivi ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında cavab qarşılaşmasının çətin keçəcəyini düşündüyünü bildirib.

42 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüşü şərh edib:

"İkinci hissədə hücum xəttini gücləndirmək istəyirdik. Düşünürəm ki, bu bizdə uğurlu alındı. Görüşün sonlarında komandaların ifasında təhlükəli hücumlar izlədik. Hər iki kollektivin qol vurmaq şansları var idi. Futbolçularımın çıxışından razı qaldım. Lakin gücümüzü bir az da artırmalıyıq. Mövsümün ilk oyunları hər zaman ağır keçir. Bizi bir həftə sonra Bakıda çətin görüş gözləyir".

Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Chosen
109
17
cbcsport.az

10Sources