EN

"Araz-Naxçıvan" Kadinyonu heyətinə qatıb

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarına başlayıb. Azərbaycan çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb.

Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu, həmçinin baş məşqçisi Biro Jadedir.

Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/2023-cü illər mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində Şimali İrlandiyanın “Sparta Belfast”, Estoniyanın “Sillamae Silla” və İsveçin “Uddevalla” klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.

Chosen
96
26
cbcsport.az

10Sources