Çexiyalı raketka ustası Barbora Kreyçikova qadınlar arasında “Uimbldon” yarışında bütün rəqiblərindən güclü olub.
O, final görüşündə italiyalı Jasmin Paoliniyə qalib gəlib - 6:2, 2:6, 6:4.
Əlavə edək ki, 28 yaşlı Kreyçikova dünya reytinqində 32-cidir. WTA turnirlərin 7 qat qalibi olan idmançı bu titulla ikinci "Böyük Dəbilqə" zəfərini aktivinə yazdırıb. 2021-ci ildə "Rolan Qarros"u birinci tamamlayan Kreyçikova elə həmin il cütlüklərin yarışında Olimpiya çempionu titulunu qazanıb.