EN

Yəməndə husilər İsrailə PUA ilə hücum etdiklərini təsdiqləyib

Yəməndə husi üsyançıları İsrailə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiklərini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Husi hökumətinin "baş naziri" Əbdüləziz bin Habtur bunu AFP agentlinə açıqlamasında bunu deyib.

Habturun sözlərinə görə, İsrailin HAMAS-a qarşı apardığı müharibəyə cavab olaraq bu gün PUA ilə zərbələr endirilib:

“Həmin PUA-lar Yəmən dövlətinə məxsusdur”, - deyə o qeyd edib.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri Qırmızı dəniz sahilindəki Eilat bölgəsində hava həyəcanı siqnalının işə düşməsi barədə məlumat yayıb, lakin regionda ciddi təhlükənin olmadığı qeyd olunub.

Chosen
405
50
apa.az

10Sources