EN

“ İmam Hüseynin missiyası İnsanlar arasında Sevgini, insanların Əqidəsini və insanların Seçim azadlığını qorumaq idi“- Zaur Əliyev yazır

Böyük Yaradan canlıları yer üzərində yaratmazdan öncə Təbiətə müraciət edir;

-Ey okeanlar, dənizlər, göllər, çaylar, mən sizin daxilinizdə canlı aləm yaratmaq istəyirəm. Seçin hansı növləri sizin üçün yaradım

-Ey torpaq mən ağaclar, çiçəklər, bitkilər, heyvanlar yaratmaq istəyirəm, seçin hansı növləri sizin üçün yaradım.

İnsanı yaradan zaman isə heç kimə müraciət etmədi. Onu öz timsalında yaratdı və ona bütün canlı aləmdən, aləmlərdə olan canlılardan fərqli olaraq üç azadlıq verdi

-Sevgi

-Əqidə

- Seçim

Bəli, Böyük Yaradan İnsanı bütün canlılardan üstün edən bu üç böyük azadlığı toxunulmaz, hətta özünün belə qarışmayacağı bir sistem formatında insanın qəlbinə, beyninə və ruhuna yerləşdirdi. Biz tarix boyu, elə öz dövlətimizin tarixi ilə misallar göstərib yazacam bu üç böyük Azadlığı yaşayan şəxsiyyətlər barədə

-Babək, Afşinin və Möhtəsimin bütün təkliflərinə baxmayaraq Sevdiyi Vətən, İnandığı Əqidə və Seçdiyi yol uğrunda ölümü seçdi

-Şah İsmayıl Çaldıran savaşında gecə ikən hücum edib qalib olmaq əvəzinə Sevdiyi Kişilik, mərdanə döyüş əqidəsi və sevdiyi açıq döyüş yolunu seçdi, məğlub oldu, amma qəlblərin qalibi oldu

-Məhəmməd Əmin Rəsulzadə həyatını dəfələrlə xilas etdiyi Stalinin onun həyatını xilas etmək üçün təkliflərini qəbul etməyib Avropaya mühacirət etdi. Sevdiyi Vətən, İnandığı Həqiqət və "Bir kərə yüksələn bayraq bir daha enməz" seçiminə görə son nəfəsini də mühacirətdə verdi. Amma Qəlblərin sahibi oldu

Bu cürə misallar çoxdur. Tariximiz belə sevgi, əqidə və seçim azadlığı üçün canlarından keçən, lakin bu 3 Azadlığı qoruyub saxlayan şəxsiyyətlər ilə boldur. Belə tarixi şəxsiyyətləri olan bir millət üçün örnək şəxsiyyətlərdən biri də Kərbalada, 50 dərəcə istidə, ailəsi ilə birlikdə Sevgi, Əqidə və Seçim azadlığı üçün canından keçən Peyğəmbər(s) nəvəsi İmam Hüseyn (ə) idi.

Əlbətdə, din barədə müzakirə və mübahisə ediləcək mövzu barədə yazmıram. Hər kəsin öz baxış bucağı var bu tarixi dəyişəcək faciəyə. Xahiş edirəm hər kəsdən də bu barədə mənimlə müzakirə edib mənə nəisə öyrətməyə cəhd etməsin. Kifayət qədər savadım və kifayət qədər də elmim və helmim var. Əgər mənə hörmət edirsinizsə mənim Sevgim, Əqidəm və Seçimimə də hörmət edin.

İmam Hüseyn (ə) kim idi. Onun barəsində yazmaq və onu anlatmaq çox çətindir mənim üçün. Əlbətdə, Babək, Şah İsmayıl, Rəsulzadə, Nadir Şah və digərləri ilə yanaşı İmam Hüseyn (ə) mənim qəlbimdə yer tutmuş tarixi bir şəxsiyyətdir. Zülm və Ədalətsizlik uğrunda inandığı yolu seçən bir İnsandır.

İmam Hüseyn (ə.s.) Mədinədən Məkkəyə gedəndə vida xütbəsində deyir: “Ey Allahım, sən şahidsən ki, mən ora hakimiyyət xatirinə getmirəm. Heç kəsə əzab vermək istəmədiyim üçün gedirəm. Mənim əsas məqsədim insanları əzablara, məhrumiyyətlərə düçar etməməkdir. Əsas məqsədlərimdən biri insanları haqqa çatdırmaq, günahlardan çəkindirməkdir"

Bəli, insanları əzablar və günahlardan çəkindirmək hər bir insanın inanc və dünya görüşündə var. Məsəl üçün dünyəvi biliyi olan alim elmi kəşflər edib insanlığa xidmət edirsə, əgər bir həkim vicdanla insanlara əzab verən xəstəliyi müalicə edirsə, bir müəllim tələbə və şagirdlərə düzgün bilik verirsə, bir məmur rüşvət almadan vicdanla öz işini görürsə, bir vətəndaş qanunlardan kənara çıxmırsa və s. Demək bu zülmə qarşı savaş, günahlara qarşı savab yaratmaqdır..

Mənim üçün də İmam Hüseyn (ə) mübarizəsi budur.Nə qohumluq, nə var dövlət, nə də hakimiyyət onun üçün önəmli idi. Onun üçün önəmli olan İnsanlar arasında Sevgini, insanların Əqidəsini və insanların Seçim azadlığını qorumaq idi..

Nələr təklif edilmədi Ona. Ədalətsiz bir sistemin parçası olub var dövlət içərisində yaşamaq yoxsa səhrada, heç kimin ona köməyə gəlməyəcəyi yerdə ölmək..

Nadir insanlar ölümdən qorxmur. Böyük insanlar Ölümün üzərinə gedib ölümsüzlük qazanırlar. Onlardan biri olan İmam Hüseyn (ə) nə istədi ki? Sadəcə Hakimiyyət xalqı düşünsün. Sistem normal hala salınsın..İnsanlar xöşbəxt bir cəmiyyətə yaşasınlar. Vəssalam. Başqa heç nə..

Əvəzində nə baş verdi. Sistem onu qətl etdi. Fiziki olaraq, ancaq Ruhən və Mənəvi cəhətdən onu Ucalara qaldırıb tarixin bütün dövrlərində Sevgi, Əqidə və Seçim adamı kimi yazdı.

Mahatma Qandi,Rajendra Prasad, Hindistanın ilk prezidenti, Rabindranat Taqor, Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı, Edvard Qibbon, ingilis yazarı, keçmiş parlament üzvü və daha kimlər kimlər onu anladı..Hələ də onu anlamayan şəxslər İmama hakimiyyət davası edib deyə iftira atırlar..

Fikir verin, professor Piyer Durtği, fransız və xristian bir şəxs nə yazır:

"Bunun üçün təkcə Aşura və tarixi tanımalı deyil, həm də bilməliyik ki, fədakarlıq sözün əsl mənasında tərbiyə məsələlərində daha çox olmalıdır. Bu o şeydir ki, bu gün əldən vermişik. İmam Hüseyn (ə) kamil şəkildə fədakarlıq etdi. Bu, insanlığın sifətlərindən biridir. '

Bəli, zülmə və ədalətsiz sistemə qarşı mübarizə Tərbiyə məsələsidir.. İnsanlıq məsələsidir.

Ceyms Korn, “Çin tarixi” əsərinin müəllifi yazır: “Hüseyn (ə) və tərəfdarları 8 növ düşmənlə mübarizə aparırdılar. Onlardan 4-ü oxlar yağdıran Yezidin qoşunları idi, 5-cisi qızmar günəş idi, 6-cısı Kərbəlanın səhrası idi, 7-cisi aclıq, 8-cisi isə susuzluq idi. Bu cür şərtlərlə minlərlə düşmən ordusu məğlubiyyətə uğradı. Tarix boyu bugünədək Hüseyndən (ə) başqa heç kəs bu cür qəhrəmanlıq göstərməyib"

Son olaraq qeyd edim ki, tarixdə qəhrəmanın dərsi budur ki, dünyada əbədi ədalət, məhəbbət üsulu mövcuddur. Nə zaman bu sifətlər üçün müqavimət göstərərlər, həmin sifətlər dünyada qalıcı olarlar.

Gəlin, Sevgi, Əqidə və Seçim azadlıqlarımıza mane olmayaq, qarışmayaq. Aşura günü, qətl edilən bu üç Azadlıq uğrunda canlarından olan mübariz şəxsləri və İmam Hüseyn (ə) hörmətlə anaq, anlayaq və yad edək.. Bununla da heç vaxt zillət, köləlik, istismar və işğala baş əyməyəcəyimizi dünyaya göstərək..

Allah İmam Hüseyn (ə) başda olmaqla bütün tarixi dövrlərimizdə şəhid olan xalqımızın övladlarına rəhmət eləsin!

Zaur Əliyev, tarixçi ailim


Chosen
201
50
news365.az

10Sources