EN

Misli premyer-liqasının 2024/25 mövsümünün püşkü atılacaq

Bu gün AFFA-nın inzibati binasında Misli premyer-liqasının 2024/25 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, tədbir saat 15.00-da başlayacaq.

33-cü dəfə təşkil olunacaq yarışın mükafatları uğrunda 10 komanda - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” mübarizə aparacaq.

Misli premyer-liqasında mövsümə avqustun 2-də start veriləcək.

Chosen
53
9
football-plus.az

10Sources