EN

Bu gün Misli Premyer Liqasının yeni mövsümünün püşkü atılacaq

Bu gün AFFA-nın inzibati binasında Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Tədbir saat 15:00-da başlayacaq və "CBC Sport"la canlı təqdim ediləcək.

33-cü dəfə təşkil olunacaq çempionatın mükafatları uğrunda 10 komanda - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” mübarizə aparacaq.

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə avqustun 2-də start veriləcək.

Chosen
56
4
cbcsport.az

10Sources