EN

Bu şəxslər Qəzzanı tərk edə bilər – HƏMAS siyahı dərc etdi

HƏMAS “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək şəxslərin siyahısını dərc edib.
BUTA.TV xəbər verir ki, bu barədə Qəzzanın sərhəd xidmətindən məlumat verilib.“Noyabrın 1-də “Rəfah” keçid məntəqəsindən keçə biləcək digər ölkələrin pasportuna sahib şəxslərin siyahılarını dərc edirik. Sənəddə qeyd olunan vətəndaşlar keçid prosesini asanlaşdırmaq üçün saat 07:00-da (Bakı vaxtı ilə 09:00) keçid məntəqəsində olmalıdırlar”, - məlumatda bildirilib.HƏMAS-ın siyahısında Avstraliya, Avstriya, Bolqarıstan, İndoneziya, İordaniya, Finlandiya, Çexiya və Yaponiya vətəndaşları var. Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qəzzada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəındələrinə də çıxış icazəsi verilib.Siyahıda 430 nəfərin adı var.
Chosen
200
5
buta.ws

9Sources