EN

"Neftçi" "Sivasspor"a qalib gəlib

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" növbəti yoxlama matçını keçirib.

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşıb.

"Palandöken Yüksek İrtifa Camp Facilities"də keçirilən matç "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə sonlanıb.

Xatırladaq ki, "Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.

Chosen
82
20
cbcsport.az

10Sources