EN

Yeni FİFA reytinqi açıqlanıb

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Sport24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi millinin mövqeyində heç bir dəyişiklik olmayıb.
 
Yığma 1179.88 xalla 111-ci pillədə qalıb.
 
Cədvələ son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci, son Avropa çempionu İspaniya isə (1729,92) üçüncüdür. Almaniyada təşkil olunmuş Avropa çempionatının finalında İspaniyaya məğlub olan İngiltərə yığması isə 1812,26 xalla 4-cü sıraya yüksəlib.

Chosen
62
9
sport24.az

10Sources