EN

Korona xortladı

ABŞ prezidenti Co Bayden “Covid-19”a tutulduqdan sonra ölkədəki epidemiya məlumatları yenidən gündəmə gəlib.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən edilən açıqlamada, çirkab sulardan əldə edilən son məlumatlara görə, virusun qərbdəki 26 ştatda “yüksək” və ya “çox yüksək” hesab edilən səviyyələrdə olduğu qeyd edildi.

Açıqlamada təcili yardım şöbələrində diaqnoz və laboratoriyalarda müsbət testlərin nisbətində artım olduğu bildirilsə də, qış ayları ilə müqayisədə bu artımların hələ də çox kiçik olduğuna diqqət çəkilib.

ABŞ-da, “Covid-19” indi həyati təhlükəsi olan ictimai sağlamlıq fövqəladə hadisəsi kimi deyil, illik peyvənd kampaniyaları vasitəsilə həll edilməli olan adi tənəffüs virusu kimi müalicə olunur.

***

Ağ Evdən dünən verilən açıqlamada prezident Baydenin Las-Veqasda qatıldığı tədbirdən sonra test verdiyi və cavabın pozitiv çıxdığı bildirilib. Baydenin Delaverdəki evinə qayıdaraq özünü təcrid edəcəyi gələn xəbərlər arasındadır.

Bu gün Ağ Evdən verilən açıqlamada Baydenin yüngül üst tənəffüs yolları simptomlarının davam etdiyi, qızdırmasının olmadığı və vəzittətinin normal olduğu, evdən işləməyə davam etdiyi paylaşılıb.

Chosen
139
vaxt.az

1Sources