EN

Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçuların çıxış proqramını açıqlandı

Azərbaycan Cüdo Federasiyası Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın çıxış proqramını açıqlayıb. 

Bizim.Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Parisdə əvvəlcə Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) tatami üzərinə çıxacaq.

Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edəcək.

27 iyul

Balabəy Ağayev (60 kq)

Leyla Əliyeva (48 kq)

28 iyul

Yaşar Nəcəfov (66 kq)

Gültac Məmmədəliyeva (52 kq)

29 iyul

Hidayət Heydərov (73 kq)

30 iyul

Zelim Tçkayev (81 kq)

31 iyul

Elcan Hacıyev (90 kq)

1 avqust

Zelim Kotsoyev (100 kq)

2 avqust

Uşanqi Kokauri (+100 kq)

İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final qarşılaşmaları isə 16:00-da start götürəcək. Olimpiadada 122 ölkədən 378 cüdoçu iştirak edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
76
10
bizim.media

10Sources