Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" "Şerif"i (Moldova) qəbul edib.
Qaynarinfo xəbər verir ki, "Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib. Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.
Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.
"Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.