EN

Tatar Şuşada dediklərinə görə Fidana təşəkkür etdi

Kiprdə suveren bərabərliyə və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasətə güclü dəstək verdiyinə görə Fidana təşəkkür edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı Lefkoşada keçirilən tədbirdə çıxışı zamanı ŞKTR-nin Prezidenti Ərsin Tatar deyib.

O, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən görüşündə ŞKTR ilə bağlı deyilənlərə toxunub:

“TDT zirvəsində də deyildiyi kimi, Kipr türk xalqı türk dünyasının ayrılmaz parçasıdır. ŞKTR türk dövlətləri ilə istənilən sahədə əlaqə yaratmağa hazırdır. TDT 21-ci əsrdə bütün siyası tarazlığa dərindən təsir edə bilmə potensialına sahibdir. Türk Dövlətləri Təşkilatının sərhədləri Şərqi Aralıq dənizinə qədər genişlib, ən cənubdakı türk dövləti ŞKTR-nin daxil olması ilə daha da güclü hala gəlib”.

Chosen
119
20
axar.az

10Sources