Bu gün gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 13-cü qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Macarıstanda təşkil olunub.
Modyorod şəhərindəki yarışda “Maklaren”nin sürücüsü Oskar Piastri hamıdan sürətli olub. O, 70 dövrəlik yarışı 1:38:01.989 göstərici ilə yekunlaşdırıb. Bu, Piastrinin həm cari mövsümdə, həm də karyerası ərzində ilk qələbəsidir.
İkinci yeri də Oskarın komanda yoldaşı Lando Norris tutub. İlk üçlüyü bundan əvvəlki qran-pridə qalib olmuş Luis Hamilton (“Mersedes”) qapayıb.
Ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu yarışı 5-ci sırada başa vurub.
Beləliklə, 13 turdan sonra 265 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris 189 xalla 2-ci, Şarl Lekler (“Ferrari”) 162 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda da “Red Bull” 389 xalla vahid liderdir. “Ferrari”ni qabaqlayan “Maklaren” 338 xalla ikinci sıraya yüksəlib. “Ferrari” isə 322 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 14-cü qran-prisi Belçikada keçiriləcək. Sözügedən yarış iyulun 28-də Stavelot şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 265
- Lando Norris (Maklaren) – 189
- Şarl Lekler (Ferrari) – 162
- Karlos Sayns (Ferrari) – 154
- Oskar Piastri (Maklaren) – 149
- Luis Hamilton (Mersedes) – 125
- Serxio Peres (Red Bull) – 124
- Corc Rassell (Mersedes) – 116
- Fernando Alonso (Aston Martin) – 45
- Lens Stroll (Aston Martin) – 24
- Niko Hulkenberq (Haas) – 22
- Yuki Tsunoda (Rasinq Bulls) – 22
- Daniel Rikkardo (Rasinq Bulls) – 11
- Oliver Berman (Ferrari) – 6
- Pyer Qasli (Alpin) – 6
- Kevin Maqnussen (Haas) – 5
- Aleksander Albon (Uilyams) – 4
- Esteban Okon (Alpin) – 3
- Jou Quanyu (Zauber) – 0
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 389
- Maklaren – 338
- Ferrari – 322
- Mersedes – 241
- Aston Martin – 69
- Rasinq Bulls – 33
- Haas – 27
- Alpin – 9
- Uilyams – 4
- Zauber – 0